Gizli öyrətilərin kökü on minlərlə il öncəyə gedən bir bilgi alma və bilgi ötürmə sisteminə bağlıdır. Bu sistem sufizmin önəmli təməl daşlarından biridir.
Gizli öyrətiləri anlaya bilmək üçün əvvəlcə onun bir çox sahələrini öyrənmək gərəkdir. Ariflərin tək bir sözündə belə üstüörtülü şəkildə çox dərin batıni sirlər verilib. Tək bir sözün içində dinlərlə bağlı çox önəmli bilgilər gizlənir. Gizli öyrətilərə aid sözlərin dərinliklərinə enməklə, dinlərin, əslində nə olduğunu indikindən çox fərqli bir şəkildə anlamaq olar. Bu gün dinlər hələ də kütləyə batıni yönləriylə deyil, zahiri görüntüsü ilə öyrədilməkdə davam edir. Məlumatı olmayan insanlar bu sözlərin anlamını qavraya bilməzlər. Bu cümlələrin anlamını ancaq açıq şüurlu insan anlaya və uyğun şəkildə başqasına ötürə bilər. Bu elmlər xalqa simvollaşdırılaraq və üstü qapalı anladılır. Bax, bu üstü qapalı və simvollaşdırılaraq ötürülən bilgilər gizli öyrətilər adlanır.
Gizli elm aramaqla bulunmaz, istəməklə əldə edilməz, kitablardan öyrənilə bilməz. Kitablar gizli öyrətilər haqqında yalnız səthi bilgilər verə, oxuyanlara bir yol və ya bir işarət göstərə bilir. Gizli elmləri idrak etməsi, qavraması üçün insanın haqq edişi və üstün qabiliyyəti olması çox önəmlidir.
Bu, "haqq ediş", "haqq etmək" ilə bağlı deyil. Bunlar fərqli anlamdadır. Haqq ediş ilahi bir qanundır, insanın həyatlar, dövrlər boyu əldə etdiyi sonsuz təcrübələrin öz-qavram (əsas anlayış) halına gəlməsi və bu özü - mahiyyəti yaşamına tətbiq etməsidir. Gizli elimlər, sadəcə kitabi bir bilgi deyil, haqq ediş və ləyaqət içində olan insanın yaşam şəklidir. İnsanın bu haqqediş ilə həyatının hansı zaman kəsimində qarşılaşacağı, bunu yaşam tərzinə çevirəcəyi bilinməz. Buna görə də "aramaq", "gözləmək", "arayış" daim davam edəcək.
Mən gizli elmi nə əldə etdim, nə də öyrəndim. Mən kitabları yazmıram, bunlar mənim bu həyatımda, bu həyatımın bu zaman kəsimində, haqqediş içində olduğum, ləyaqətinə vardığım bir durumdur. Mən bu durumu yazıya alıram və yazıları kitablaşdırıram.
Kitablarda yazdığım hər sətir dərin hissiyatımın, iç dünyamın, fərqli ölçülərdəki yolçuluqlarımın məhsuludur. Bəhs etdiyim hər vəli özünün sonsuz qaynağından bir işıq şüası kimi axaraq dərin iç dünyamı doldurub. Bu simvolik bilgiləri bir röyalar kanalı, ilham kanalı ilə, başa düşüləcək şəklə salıb kitablaşdırmışam. Mən təsəvvüf bilgiləri bazası olmayan insanam. Peşəm qrafika sənətidir, elmi düşünən, hər şeyə elmi yanaşan düşüncə tərzim var. Lakin ilham gəldiyi zaman o dünyasal Kövsərdən əsər-əlamət qalmır, başqa bir Kövsər ortaya çıxır. Bəhs etdiyim hər vəlinin hər birinin ayrı səsi, ayrı qoxusu, ayrı üslubu, ayrı tərzi var. Mən hər bir hissedişi olduğu kimi kitablara ötürürəm.
Kitablarını yazdığım hər bir vəliyə, məqamlara doğru yolçuluqlar etdim, müşahidələr apardım və onları bir-bir kitablara ötürdüm. Oralarda sualların birmənalı şəkildə yox olduğunu gördüm. Tam bir Eşq içindəsənsə, demək sualın yoxdur. Mən müşahidə edən bir insanam. Yəni gözləmçi-müşahidəçiyəm. Bunu mənə bəxş etdiyi üçün də uca Rəbbimə hər an şükür edirəm
Hər kəsə sonsuz təşəkkür edirəm, işinin avand olmasını diləyirəm.
Translated by Ayişə Nəbi
Comments